Ətirlərin yaradılması

Ətirlərin yaradılması


Bütün dövrlərdə ətrin mistik mahiyyətini anlamağa çalışmışdılar


Ətrin sirri ehtiras və əfsanələrlə əhatə olunub.

Bu qoxuları içinə çəkdikdə insan müxtəlif hisslər keçirir: sevinc, kədər, ehtiras, eşq və təbii ki zəriflik. Ətrin özündə bir çox sirrlər gizlənir.

Ətir- məftun etmə vasitəsi, gözəl zövqün nişanəsi, tərzimizi və simamızı tamamlayan son ştrixdir. Ətir- canlı bir qüvvədir. Ətrin qapağını açdığımızda onun hər bir çaları özünün təkrarsız melodiyasını ifa etməyə başlayır. Bizim kolleksiyamızın ətirləri ilə siz sanki sehirli bir işığın şöləsindəsiniz, hər bir ahəngində isə insan təbiətinin ağlasığmaz hissəsi öz əksini tapır.

Bizim ətirlər ayrı ayrılıqda öz orijinallığı və cəzbediciliyi ilə yanaşı həm də özünəməxsus enerji və xarakteri ilə biri digərini harmonik tamamlayırlar. Qeyd etmək lazımdır ki, Fəxriyyə Xələfova parfümün nümunə formulunu işləyərkən, ətir kompozisiyası və inqridiyentlərin seçimini Fransanın Qrass şəhərində yerləşən laborotiriyada etmişdir. Qrass şəhəri dünyada parfümün mərkəzi hesab olunur. İl boyu şəhərin havası mimoza, lavanda, qızılgül, bənövşə, yasəmən və çiçəkləmiş portağal ağacının qarışıq ətirləri ilə dolu olur, bu da şəhərə heyrətamiz bir abu-hava verir.